“Türkiyə ordusu regiondakı və dünyadakı rolu ilə əbədi var olacaq” - Hulusi Akar

 12:52 09.11.2022     583

“Başda Azərbaycan, Liviya, Şimali Kipr olmaqla dost, qardaş və müttəfiqlərimizin haqlı mübarizəsinə dəstəyimiz davam edir”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, Türkiyə, həmçinin NATO, Avropa İttifaqı, BMT və ATƏT miqyasında və ikitərəfli əlaqələr çərçivəsində bir çox ərazidə sülhə töhfə verir.

“Türkiyə ordusu regiondakı və dünyadakı rolu ilə əbədi var olacaq”, - deyə Akar bəyan edib.