65 yaşdan yuxarı insanları səhv peyvənd ediblər
İngiltərə Milli Səhiyyə Xidməti 65 yaşdan yuxarı bəzi xəstələrə qrip peyvəndi əvəzinə başqa bir peyvənd edildiyini açıqlayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, açıqlamada az sayda adamın səhv peyvənd edildiyi bildirilsə də, rəsmi rəqəm açıqlanmayıb.
Qeyd olunur ki, səlahiyyətlilər hadisə ilə bağlı araşdırmaya başlasa da, bu vəziyyətin daha ciddi problem yarada biləcəyi qeyd edilib.
Rəsmilər bu peyvəndlərin bir hissəsinin dövlət daxilində çalışan həkimlər tərəfindən, digərlərinin isə apteklərdə hazırlandığını açıqlayıb.
Həmidə İbrahimova












