Peskov separatçılara təlim keçib

 14:55 09.11.2022     358

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Rusiyanın özünə birləşdirdiyi ərazilərinə səfər edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu səfər barədə Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko bildirib.

“Dünən axşam Luqanskdan qayıdan Dmitri Sergeyeviç Peskova təşəkkür etmək istərdim", o deyib. 

Rusiya Prezident Administrasiyasının rəsmisinin sözlərinə görə, Peskov tanınmamış, separatçı "LXR" və "DXR"in media və mətbuat xidmətinin əməkdaşlarına təlim keçib.

Vumart və Güvən reklamı Vumart Güvən