NATO gələn il Ukraynaya dəstək məsələlərini müzakirə edəcək
NATO 11-12 iyul 2023-cü il tarixlərində Vilnüsdə keçiriləcək növbəti iclasda müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılmasını və Ukraynaya dəstəyini davam etdirmək üçün atılan addımları nəzərdən keçirəcək.
Redaktor.az Tass-a istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
NATO sonuncu dəfə bu ilin iyunun sonunda Madriddə sammit keçirib.
Həmidə İbrahimova












