İngiltərə ordusu Əfqanıstanda 64 uşaq öldürüb

 17:19 09.11.2022     293

Böyük Britaniya Əfqanıstandakı hərbi əməliyyatları zamanı daha əvvəl elan etdiyindən çox uşaq öldürüb.

Redaktor.az BBC-ə istinadla xəbər verir ki, İngiltərə daha əvvəl ölkədə törətdiyi hücumlarda 16 uşağın öldüyünü və bu uşaqların ailələrinə təzminat ödədiyini açıqlamışdı.

Qeyd olunub ki, Əfqanıstanda 2006-2014-cü illər arasında keçirilən əməliyyatlarda 64 uşağın həyatını itirdiyi və bütün uşaqların ailələrinə təzminat ödənildiyi üzə çıxıb.

Uşaqların hamısı hava hücumları və ya çarpaz atəş nəticəsində həlak olub.

Məlum olunub ki, son rəqəm Silahlı Zorakılığa Qarşı Hərəkat (AOAV) adlı qeyri-hökumət təşkilatının məlumat sorğusu əsasında ortaya çıxıb.

AOAV Britaniya hərbçiləri tərəfindən öldürülən mülki şəxslərin sayının daha çox olduğun hesab edir.

Həmidə İbrahimova 

Vumart və Güvən reklamı Vumart Güvən