Rus ordusu Ukraynada geri çəkildi - VİDEO

 20:00 09.11.2022     365

Rusiya Silahlı Qüvvələri Dnepr çayının sol sahili boyunca müdafiəyə çəkilir.

Redaktor.az "Rossiya 24" telekanalına istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyində keçirilən müşavirədə Rusiya qoşunlarının Ukraynadakı komandanı Sergey Surovikin bildirib.

"Hesab edirəm ki, Dnepr çayının sağ sahilində qalmaq məqsədəuyğun deyil. Vəziyyəti hərtərəfli qiymətləndirərək, Dnepr çayının sol sahilində müdafiəyə qalxmağı təklif edirəm", - Surovikin deyib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynadakı birləşmiş qoşunlar qrupunun komandirinin məruzəsindən sonra Rusiya qoşunlarının işğalın ilk günlərində ələ keçirilmiş Xersondan çıxarılmasına başlamaq barədə göstəriş verib.

“Mən razıyam. Qoşunların çıxarılmasına başlayın”, - deyə Şoyqu bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən