Zelenski Xersonda 4 yeni hərbi administrasiya yaratdı
Ukrayna Prezidenti Volodimir Zelenski Xerson vilayətinin yaşayış məntəqələrində 4 hərbi administrasiya yaratmaq barədə fərman imzalayıb.
Redaktor.az xəbər verir ki, baş qərargaha sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki hərbi administrasiyaların yaradıldığı ərazilər Dneprin sol sahilində, Rusiya ordusunun nəzarətindədir.
Bu arada Ukrayna Prezidentinin Ofisinin rəhbəri Mixail Podolyak bildirib ki, Rusiya ordusunun böyük hissəsi Dneprin sol sahilində qalıb və əraziyə əlavə qüvvələr cəlb edilir: "Ukrayna dövləti bəyanatlara deyil, öz kəşfiyyatına inanır".












