Rusiyanın Xersondakı “canişini” avtomobil qəzasında öldü

 01:31 10.11.2022     129

Rusiyanın işğal etdiyi Ukraynanın Xerson vilayətinə təyin olunmuş “canişini” Kirill Stremousov avtomobil qəzasında həlak olub.

Redaktor.az xəbər verir ki,  rəsmən vilayət qubernatorunun müavini vəzifəsini tutub və qubernatorun səlahiyyətlərini icra edib.

Rusiya qüvvələrilə əlbir olan Stremousovun işğalçı qoşunların bölgədən çıxarıldığı gün həlak olması müəyyən şübhələr yaradıb. Onun bəzi məxfi məlumatlara sahib olduğu üçün Rusiya xüsusi xidmət orqanları tərəfindən zərərsizləşdirilməsi barədə xarici mətbuatda iddialar səsləndirilib.