Amerikalı general rusların və ukraynalıların canlı itkisini AÇIQLADI

 09:33 10.11.2022     509

ABŞ-ın ən yüksək rütbəli generalı Ukraynadakı müharibədə təxminən 100000 rus və 100000 ukraynalı əsgərin öldüyünü və ya yaralandığını təxmin edir.

Redaktor.az BBC-ə istinadla xəbər verir ki, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli münaqişədə 40 000-ə yaxın dinc ukraynalı sakinin öldüyü fikrini irəli sürüb.

Qeyd olunub ki, təxminlər Qərb rəsmisi tərəfindən səsləndirilən ən yüksək göstəricidir.

Həmidə İbrahimova

 

Vumart və Güvən reklamı Vumart Güvən