İranın tanınmış aktrisasından etirazçılara DƏSTƏK
İranın tanınmış aktrisası Taraneh Alidoosti hökumət əleyhinə nümayişlərdə etirazçılarla həmrəylik göstərib.
Redaktor.az xəbər verir ki, aktrisa instaqramda hicabsız şəklini yerləşdirib.
Oskar mükafatlı “Satıcı” filmindəki rolu ilə tanınan Taraneh Alidoosti də kürd dilində “Qadın, Həyat, Azadlıq” yazısı olan pankart qaldırıb.
Xatırladaq ki, Mahsa Aminin polis nəzarətində ölməsi ilə alovlanan nümayişlər yeddinci həftəsinə qədəm qoyur.
Nərmin VÜQARQIZI













