Bayden Ukraynada ruslar üçün “real problemlər” görür
“Rusiyanın Ukraynanın Xerson şəhərindən geri çəkilmək qərarı onun ordusunda “bəzi real problemlər” olduğunu göstərir”.
Redaktor.az xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Co Bayden deyib.
O bildirib ki, Rusiyanın Xersondan çəkilməsi uzun müddətdir gözlənilən bir addım olub.
“Bu, hər iki tərəfə qışda mövqelərini yenidən yoxlamağa imkan verəcək”,- deyə Bayden əlavə edib.
Nərmin VÜQARQIZI












