Həbsxanalardakı sıxlığa görə 12 mindən çox məhbus azad edilib

 10:25 10.11.2022     339

Nigeriyada son 6 ildə həbsxanalardakı sıxlıq səbəbindən 12 mindən çox məhbus azad edilib.

Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, bu barədə Nigeriyanın ədliyyə naziri və baş prokuroru Abubakar Malami açıqlamasında bildirib.

Onun sözlərinə görə, hökumət 2015-ci ildə vəzifəyə başlayanda həbsxanalarda həddindən artıq sıxlığın aradan qaldırılması dövlətin əsas prioritetlərindən biri olub.

Həmidə İbrahimova