Ukrayna ordusu düşmən üçün tələ hazırlayır - FOTO
Ukrayna ordusu Belarusdan hücumların qarşısını almaq üçün aktiv müdafiəyə hazırlaşır.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvələrinin Baş qərargahı məlumat yayıb.
"Düşmənin Belarus Respublikasının ərazisindən hücumu təkrarlamaq qərarına gəldiyi təqdirdə əsgərlərimiz bu cür hərəkət edəcəklər.
Ukrayna ilə dövlət sərhədini keçən andan etibarən işğalçılar kütləvi atəşlə qarşılaşacaqlar.
Hər bir yol və cığır, meşələr və təpələr düşmən üçün tələ və ya xoşagəlməz sürpriz olacaq. Onun itkiləri böyük olacaq" - deyə xəbərdə bildirilir.
Qeyd olunub ki, bütün mümkün mühəndis hasarları, ərazinin minalanması və qrutlardan istifadə etməklə silahlı təcavüz dəf ediləcək. Xüsusi təyinatlı bölmələr, Quru Qoşunları, Hava Qüvvələri və Raket Qüvvələri və Artilleriya aktiv fəaliyyət göstərəcək.
T.İSMAYIL























