"Putinlə bir-birimizə qarşı inam olmasaydı..." - Ərdoğan

 11:08 10.11.2022     262

"Rusiya Prezidenti Vladimir Putinlə bir-birimizə qarşı inam olmasaydı, "taxıl sazişi" də bərpa olunmazdı".

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Rusiya prezidenti ilə aralarında qarşılıqlı hörmətin olduğunu bildirib:

"Ona görə də bu nailiyyət əldə edilir və bu prosesi davam etdirik".

Ərdoğan Türkiyənin vasitəçiliyinin davam etdiyini vurğulayıb. O, Rusiyanın Xersonla bağlı verdiyi qərarı müsbət addım adlandırıb.

"Rusiya G-20 sammitində təmsil olunarsa, üzbəüz görüş keçirəcəyəm. Əks halda təmasları telefonla davam etdirəcəyəm", - dövlət başçısı əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən