Parisdə metro işçiləri tətil etdi
Fransanın paytaxtında metro işçiləri sərnişinlərə xidmət etməkdən imtina ediblər.
Redaktor.az " İnterfax"a istinadən xəbər verir ki, onlar iş şəraitləri yaxşılaşdırılmayana qədər tətili dayandırmayacaqlarını bildiriblər.
Fransa mətbuatı yazır ki, hazırda paytaxtda əsas yeddi metro xətti bağlıdır, digərlərində isə qatarların hərəkəti yalnız səhər və axşam pik saatlarında həyata keçirilir.
Paris sakinlərə və tursitlərə şəhərətrafı qatar xətlərində nəqliyyatın hərəkətinin "əhəmiyyətli fasilələrlə" həyata keçiriləcəyi barədə xəbərdarlıq edilib.
İşəgötürənlərdən isə, mümkünsə şəhərətrafında yaşayan işçilərə bu gün uzaqdan işləməsinə icazə vermələri xahiş olunur.
Tətildə yerüstü ictimai nəqliyyat işçiləri də iştirak edir, cümə axşamı marşrutlara çıxacaq avtobusların sayı 30 faiz azaldılıb.
İctimai nəqliyyatda yaranan fasilələr səbəbindən paytaxt sakinləri şəxsi avtomobillərinə keçiblər, nəticədə Paris regionunun yollarında ümumi uzunluğu 300 km-ə yaxın tıxac yaranıb.
Tunar Altunbay












