Son sutkada Xersonda 12 yaşayış məntəqəsi işğalçılardan təmizləndi

 15:35 10.11.2022     123

"Ukrayna Silahlı Qüvvələri ötən sutkada Xerson vilayətində 12 yaşayış məntəqəsini nəzarətə götürüb".

Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı bildirib.

Onun sözlərinə görə, Ukrayna müdafiəçiləri 264 kv. km. ərazini işğaldan təmizləyib.

Baş komandan deyib ki, oktyabrın əvvəlindən rəqibin müdafiəsinin 36,5 km dərinliyinə daxil olaraq 41 yaşayış məntəqəsini azad edib. Bu müddət ərzində 1 381 kv. km ərazi də nəzarətə götürülüb.

V.Zalujnı vurğulayıb ki, düşmənin hər bir "xoşməramlı" jestinin arxasında Ukrayna müdafiəçilərinin böyük səyləri dayanır: “Biz Xerson istiqamətində maddi-texniki təminat yollarını, təchizat sistemini məhv etdik, düşmənin komanda-idarə sistemini pozduq. Düşmənin uçuşa əl atmaqdan başqa çarəsi yoxdur”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Tunar Altunbay