Ruslar Xersonu tərk edərkən dağıntılar törədiblər

 21:59 10.11.2022     130

Rusiya Ordusu Ukraynada ələ keçirdiyi yeganə vilayət mərkəzi olan Xerson şəhərini tərk edərkən dağıntılar törədiblər.

Redaktor.az xəbər verir ki, onlar teleqüllə yaxınlığında yerləşən televiziya blokunu, qazanxanaları və enerji obyeklərini partladıblar.

Məlumata görə hazırda rabitə ilə bağlı problemlər davam edir.

Yerli sakinlərin sözlərinə görə, ruslar Xerson İncəsənət Muzeyindəki bütün qiymətli əşyaları götürüblər.

Binada 13 minə yaxın çox qiymətli əsər olub.