ABŞ Rusiyanı bu statusdan məhrum etdi

 09:14 11.11.2022     105

ABŞ Ticarət Nazirliyi Rusiyanı bazar iqtisadiyyatı statusundan məhrum edib.

Redaktor.az "Reuters”ə istinadən xəbər verir ki, Rusiya müvafiq statusu 20 il öncə alıb.

Qeyd olunub ki, o, Rusiyadan gələn mallara antidempinq rüsumlarının hesablanmasını məhdudlaşdırırdı.

Ticarət Nazirliyi Rusiya hakimiyyətinin iqtisadi proseslərə böyük müdaxiləsinin qiymətlərin və xərclərin təhrif edilməsinə səbəb olduğunu vurğulayıb. Bu səbəbdən Rusiya şirkətlərinin ABŞ-a mal idxalı üçün qiymətləri ədalətli müəyyən edib-etmədiyi məlum deyil.

“Bu qərar Birləşmiş Ştatlara Rusiya hökumətinin onların iqtisadiyyatına artan müdaxiləsi nəticəsində yaranan bazar təhriflərini aradan qaldırmaq üçün ABŞ-ın antidempinq qanunlarının bütün gücündən istifadə etmək imkanı verir”, - qurumun bəyanatında bildirilib.