ABŞ Rusiya rəsmisinin İrana səfərindən narahatdır

 09:58 11.11.2022     259

ABŞ Dövlət Departamenti Rusiyanın yüksək səviyyəli təhlükəsizlik rəsmisinin İrana səfərindən narahatdır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Pris Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin bu həftənin əvvəlində İrana səfəri ABŞ-da narahatlığa səbəb olacağını deyib.

Qeyd olunur ki, Vaşinqton Rusiya-İran əlaqələrinin genişləndirilməsini ciddi təhlükə kimi görür.

“Bütün bunlar narahatlıq doğurur və dünya Rusiya-İran tərəfdaşlığına dərin təhlükə kimi baxmalıdır”,- deyə o vurğulayıb.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən