Ərdoğan Macarıstan lideri ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.
Redaktor.az “CNNTurk”ə istinadla xəbər verir ki, liderlər Türk Dövlətləri Təşkilatının (TDT) Özbəkistanın Səmərqənd şəhərində keçirilən sammiti çərçivəsində bir araya gəliblər.
Qeyd edək ki, noyabrın 11-də Səmərqənddə TDT-nin 9-cu Zirvə toplantısı keçirilib. Macarıstan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunur.