Ukrayna ordusu Xerson şəhərinə daxil oldu

 15:51 11.11.2022     384

Ukrayna Silahlı Qüvvələri Şumensk rayonu istiqamətindən Xerson şəhərinə daxil olub.

Redaktor.az xəbər verir ki, məlumatı "unian.net" yayıb.

Bildirilib ki, Ukrayna hərbçiləri həmçinin Xerson vilayətinin Belozerka, Çaykino və Klapaya yaşayış məntəqələrini də işğaldan azad edib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb ki, Rusiyanın hərbi qüvvələri Ukraynanın Xerson vilayətinin eyniadlı şəhərini tərk ediblər.

Həmidə