"Biz hərbi cinayətkarlarla danışıqlar aparmayacağıq" - Ukrayna rəsmisi

 16:10 11.11.2022     367

“Ukrayna müharibəni dayandırmaq üçün Rusiya ilə danışıqları nəzərdən keçirmir. Biz hərbi cinayətkarlarla danışıqlar aparmayacağıq”.

Redaktor.az BBC-yə istinadla xəbər verir ki, bunu Ukraynanın baş prokuroru Andrey Kostin deyib.

Onun sözlərinə görə, Rusiya başladığı müharibəyə görə cavabdeh olmalıdır.

Baş prokuror həmçinin müharibənin təkcə Ukraynada deyil, bütün dünyada əzablara səbəb olması ilə bağlı narahatlıqlarını da bildirib.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən