Amerikalı əsgərin meyiti 72 il sonra TAPILDI - FOTO

Koreya müharibəsi zamanı öldürülən və itkin düşmüş elan edilən ABŞ əsgərinin qalıqları 72 il sonra müəyyən edilib.
Redaktor.az BBC-yə istinadla xəbər verir ki, bu barədə ABŞ hökuməti məlumat verib.
Məlumata görə, 27 yaşlı ordu generalı Tommie T Hanks 1950-ci ildə onun bölməsi Şimali Koreyadakı Anju yaxınlığındakı bir yerdən geri çəkilməyə cəhd etdikdən sonra öldürülüb.
ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, müharibədə həlak olanların təxminən 7600-ü hələ də tapılmayıb.
Nərmin VÜQARQIZI
