Ərdoğan İsrailə səfir təyin etdi - FOTO

 10:28 12.11.2022     311

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şakir Özkan Torunları Türkiyənin İsraildəki səfiri təyin edib.

Təyinat qərarı Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Resmi Gazete”də dərc olunub.

Şakir Özkan Torunlar 2017-2021-ci illərdə Hindistanda səfir olub.

2021-ci ildən Xarici Siyasət Məsləhət Şurasının üzvü olan diplomat ingilis və fransız dillərini bilir, ailəlidir və bir övladı var.