İranın Azərbaycanla ticarəti 7 faiz azaldı

 15:30 12.11.2022     358

“Azərbaycanla ticarət əlaqələrimiz davam edir və normal vəziyyətdədir, lakin ötən illə müqayisədə bu ölkə ilə ticarətimizin həcmi təxminən 7 faiz azalıb”.

Redaktor.az xəbər verir ki, bu sözləri İranın Ticarət Palatasının üzvü Behruz Pursüleyman İLNA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə İranın Azərbaycanla ticarət prosesinə heç bir xələl gəlməyib:

“Bəli, Azərbaycan hökuməti ilə siyasi münasibətlərimiz soyuqlaşıb. Amma biz vaxtilə Azərbaycan hökumətinin tərəfdarı olaraq, onlara dəstək verirdik, lakin üçüncü dövlətlərin bir sıra siyasi fitnələri Azərbaycanla siyasi münasibətlərimizin aşağı səviyyəyə düşməsinə səbəb olub”.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən