Çində yoluxma artmaqda davam edir

 17:25 12.11.2022     180

Çində aprelin sonundan bəri ən çox COVID-19 infeksiyasına yoluxma qeydə alınıb.

Redaktor.az xəbər verir ki, Çinin Milli Səhiyyə Komissiyasının məlumatına görə, ölkədə bir gündə 11 950 nəfər virusa yoluxub.

Onlardan 1 504-də xəstəlik simptomatik, 10 446-da isə asimptomatik olub. Eyni zamanda, bir gün əvvəl həkimlər 10 729 nəfərə koronavirus diaqnozu qoyublar, onlardan 1 209-da xəstəliyin əlamətləri olub.

Bir gün əvvəl 2 583 nəfərdə koronavirus qeydə alınan 19 milyon insanın yaşadığı Quançjouda son sutkada 3 180 yoluxma hadisəsi aşkarlanıb.

Hökumət bir sıra rayonların sakinlərindən evlərini tərk etməməyi və virusa görə testdən keçməyi tələb edib. Quançjoda əksər məktəblər bağlanıb, avtobus və metronun hərəkəti dayandırılıb. Səlahiyyətlilər həmçinin Quançjoudan Pekinə və Çinin digər böyük şəhərlərinə uçuşları ləğv ediblər.

Pekində 68 nəfərdə koronavirusa simptomatik, 48 nəfərdə isə asimptomatik yoluxma qeydə alınıb.

Bununla belə, Çin hökuməti məhdudlaşdırıcı tədbirləri yumşaldır. Xüsusən də, xaricdən gələn şəxslər üçün karantin müddəti on gündən səkkiz günə endirilib. Həmçinin, hakimiyyət indi yalnız virus daşıyıcılarının ətraf mühitlə birbaşa təmaslarını izləyəcək.

Çində pandemiyanın bütün dövrü ərzində 270 200-ə yaxın koronavirusa yoluxma halı və xəstəliyin nəticələrindən 5 200-dən çox ölüm faktı aşkar edilib.