Molla rejiminin terrorçu mahiyyəti - VİDEO

İran rejiminin terror salnaməsi onun mövcudluğunun bütün dövrlərini əhatə edən qanlı və dəhşətli səhnələrlə doludur.
Redaktor.az xəbər verir ki, dövlət siyasəti səviyyəsinə qaldırılmış terrorun İslam Respublikası quruluşunun mahiyyətindən qaynaqlandığına dəlalət edir.
Təsadüfi deyil ki, ABŞ və Kanada kimi ölkələr çoxdan İranı terrorizmi dəstəkləyən ölkələr siyahısına daxil ediblər.
2020-ci ildə ABŞ Dövlət Departamentinin yaydığı hesabata görə, İran İslam Respublikası dünyanın 40 ölkəsində 360 məqsədli terror aktı həyata keçirib.
Bir sözlə, İran İslam Respublikasının 43 illik tarixinin səhifələri müxtəlif terror aktlarının günahsız qurbanlarının qanına boyanıb. Belə olan halda bu rejimin kimisə terrorda ittiham etməyə mənəvi haqqı varmı?
Mövzu ilə bağlı "Azad İran" Teleqram kanalının video-materialını təqdim eidirik: