Ukraynaya verilən silah sursat açıqlandı

 19:19 12.11.2022     473

2022-ci il ərzində Ukrayna Silahlı Qüvvələrinə 13,2 milyondan çox hərbi texnika və silah verilib.

Redaktor.az xəbər verir ki, bu barədə UNİAN Ukrayna Müdafiə Nazirliyinin hesabatına istinadən məlumat verib.

Bu rəqəmə alınan raketlər, artilleriya sistemləri və döyüş sursatları da daxildir.

Hesabata Ukrayna istehsalı olan silahlar, xüsusilə "Korsar" və "Skif" tank əleyhinə sistemlər, MiQ-29MU1 təyyarələri, Mi-8-MSB-V helikopterləri və "Neptun" sahil raket kompleksləri də əlavə edilib.

Sənəddə deyilir ki, fevralda Ukraynada hərbi əməliyyatların başlandığı vaxt Ukrayna Silahlı Qüvvələrinin silahlanmasının yalnız 10%-i yeni və ya modernləşdirilmiş silahlardan ibarət olub.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən