Ərdoğan bu ölkəyə səfərə gedir

 11:17 13.11.2022     427

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 15-16-da İndoneziyada keçiriləcək G20 sammitində iştirak edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə bazar günü Türkiyə Prezident Administasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.

Məlumata əsasən, sammit çərçivəsində R.T.Ərdoğan xarici liderlərlə bir sıra ikitərəfli görüşlər keçirəcək.

Bundan əlavə, sammitdən öncə, noyabrın 14-də R.T.Ərdoğan İndoneziya Prezidenti Coko Vidodo ilə görüşəcək. Görüş zamanı Türkiyə ilə İndoneziya arasında əlaqələr, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar nəzərdən keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən