Rusiyanın Ukraynadakı itkiləri daha da artdı - FOTO

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 80860 (+650) nəfər canlı qüvvəsi, 2840 (+2) tank, 5742 (+12) zirehli döyüş maşını, 1837 (+8) artilleriya sistemi, 393 (+0) reaktiv yaylım atəşi sistemi, 206 (+1) hava hücumundan müdafiə sistemi, 278 (+0) təyyarə, 261 (+0) helikopter, 1507 (+1) PUA, 399 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4295 (+16) avtomobil texnikası və avtosistern, 160 (+0) xüsusi texnikası məhv edilib.
T.İSMAYIL
