Ukraynalılar Rusiya ordusunun cəmləşdiyi 8 ərazini məhv etdi

 11:55 13.11.2022     203

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun şəxsi heyəti, silah və hərbi texnikasının cəmləşdiyi səkkiz ərazini vurub.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində səhər saatlarına olan əməliyyat məlumatında deyilir.

Qeyd olunur ki, Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası son sutka ərzində qarşı tərəfə 13 zərbə endirib.

“Şəxsi heyətin, silahların və hərbi texnikanın cəmləşdiyi səkkiz ərazi, eləcə də düşmənin zenit-raket komplekslərinin 5 mövqeyi vurulub” - məlumatda deyilir(apa.az).