İranda neft zavodunda baş verən yanğında 15 nəfər yaralanıb - Yenilənib

 16:00 13.11.2022     176

İranın İsfahan əyalətinin Mobarak şəhərindəki “Arad Sanat” sənaye obyektində baş verən yanğında 15 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bildirilib ki, yanğın artıq lokallaşdırılıb.

***

İranın mərkəzində yerləşən İsfahan əyalətinin Mobarak sənaye şəhərində neft emalı zavodunda güclü yanğın baş verib.

Redaktor.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidmətləri məlumat verib.

Bildirilib ki, yanğın avtomobil yağı istehsalı zavodunu əhatə edib. Onun söndürülməsinə 20 yanğınsöndürmə briqadası cəlb olunub, müəssisənin əməkdaşları təcili təxliyə edilib.

Mümkün ölənlər barədə hələlik məlumat verilmir.

Ümumilikdə yanğının baş verdiyi yaşayış məntəqəsində 400-ə yaxın sənaye obyekti var(report.az)