İsrail Müdafiə Qüvvələri təlimlərə başlayır

 16:50 13.11.2022     267

İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ilə sərhədin daxil olduğu cənub hərbi dairəsində planlaşdırılmış iki günlük hərbi təlimlərin başladığını elan edib.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"Hərbi təlimlər ölkənin cənubunda başlayır və sabah axşam başa çatması gözlənilir", - məlumatda deyilir.

Manevrlər 2022-ci il üçün təlim proqramı çərçivəsində əvvəlcədən planlaşdırılıb(report.az).