İstanbulda partlayışda ölənlərin sayı artdı - YENİLƏNİB - VİDEO

 19:20 13.11.2022     638

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralıların sayı 53-ə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb.  

"Təəssüf ki, İstiqlal küçəsində baş verən partlayış zamanı öllənlərin sayı 6 nəfərə yaralıların sayı 53-ə çatdı. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını diləyirik", - o tivter hesabında yazıb. 

***

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölən və yaralananlar var.

Redaktor.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya bildirib.

Vali qeyd edib ki, yaralı sayı 11 nəfərdir.

Hadisə yerinə polis, səhiyyə, xilasetmə qrupları cəlb edilib.

***

Türkiyənin İstanbul şəhərində turistlər üçün nəzərdə tutulmuş İstiqlal küçəsində partlayış baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Taksim meydanı yaxınlığında qeydə alınan partlayışın səbəbi məlum deyil.

Çoxlu sayda yaralının olduğu bildirilir.