Ərdoğandan İstanbuldakı partlayışla bağlı  AÇIQLAMA

 19:33 13.11.2022     306

"Xalqımız İstanbuldakı hadisəni törədənlərin layiq olduğu kimi cəzalandırılacağından əmin olsunlar".

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə dövlətinin aidiyyəti qurumları bu hücumu törədənləri, onun arxasında duranları aşkara çıxarmaq üçün fəaliyyətini davam etdirir.

Qeyd edək ki, İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, 53 nəfər yaralanıb.

Vumart və Güvən reklamı Vumart Güvən