İstanbuldakı terroru törədən qadının fotosu yayıldı - YENİLƏNİB

 22:45 13.11.2022     700

İstanbuldakı terror aktını PKK-nın törətdiyi iddia olunur.

Redaktor.az xəbər veriir ki, bu barədə Zəfər Partiyası başqan yardımçısı Adem Taşkaya məlumat verib.

Onun sözlərinə görə, “Taksimdəki partlayışı edən Jiyan Tosun adında PKK-lı kürd terrorçudur”.

İstanbulun mərkəzində baş verən partlayışda şübhəli bilinən qadının fotosunu yayılıb.

Redaktor.az TRT-yə istinadla xəbər verir ki, jurnalistlərin sözlərinə görə, bu qadın çiynindəki çantanı İstiqlal küçəsində qoyaraq ərazidən uzaqlaşıb.

Sonradan məhz həmin yerdə partlayış baş verib.

Türkiyənin vitse-prezident Fuat Oktay da terror aktının qadın tərəfindən törədildiyini etiraf edib:

“Belə görünür ki, qadın hesab etdiyimiz terrorçunun bombanı partlatması nəticəsində terror aktı olub.  6 nəfəri itirmişik, onlardan 4-ü hadisə yerində həlak olub. 81 yaralımız var, onlardan 2-sinin vəziyyəti ağırdır”, - deyə o, bildirib.

Qeyd edək ki, hazırda Fuat Oktayla yanaşı, daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Bəkir Bozdağ da hadisə yerindədirlər.

Tunar Altunbay

 

Vumart və Güvən reklamı Vumart Güvən