İstanbuldakı partlayışda Azərbaycan vətəndaşı zərər çəkməyib

İlkin məlumata görə, İstanbulun İstiqlal prospektindəki partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat daxil olmayıb.
Redaktor.az xəbər verir ki, İstanbul müxbirinin verdiyi məlumata görə, ölən və xəsarət alanların şəxsiyyətinin müəyyən edilməsi prosesi davam edir.