"Hər bir qatili tapıb məsuliyyətə cəlb edəcəyik" - Zelenski
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, müstəntiqlər Xersonun Rusiya qüvvələrinin geri çəkilərkən tərk etdiyi ərazilərdə 400-dən çox hərbi cinayəti aşkarlayıb.
Redaktor.az BBC-ə istinadla xəbər verir ki, Moskva öz qoşunlarının qəsdən mülki insanları hədəf aldığını inkar edir.
Qeyd olunur ki, Ukrayna hakimiyyəti bir gecədə komendant saatı tətbiq edib və Xersona giriş-çıxış məhdudlaşdırılıb.
"Biz şübhəsiz ki, hər bir qatili tapıb məsuliyyətə cəlb edəcəyik",-deyə Zelenski qeyd edib.
Qeyd edək ki, Xerson şəhəri cümə günü Ukrayna qoşunları tərəfindən azad edilib.
Həmidə İbrahimova












