Ukraynada son sutkada 510 işğalçı MƏHV EDİLDİ - FOTO

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən indiyədək Rusiya ordusunun 81370 (+510) nəfər canlı qüvvəsi, 2848 (+8) tank, 5748 (+6) zirehli döyüş maşını, 1839 (+2) artilleriya sistemi, 393 (+0) reaktiv yaylım atəşi sistemi, 206 (+1) hava hücumundan müdafiə sistemi, 278 (+0) təyyarə, 261 (+0) helikopter, 1509 (+2) PUA, 399 (+0) qanadlı raket, 16 (+0) gəmi, 4316 (+21) avtomobil texnikası və avtosistern, 160 (+0) xüsusi texnikası məhv edilib.
Həmidə İbrahimova