"Bu mesaja çox sərt cavab verəcəyik" - Süleyman Soylu
"ABŞ-ın başsağlığını qəbul etmirik".
Redaktor.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında İstanbulda törədilmiş terror aktı ilə bağlı danışrakən deyib.
O, bildirib ki, terror təşkilatının təlimatları açıq şəkildə terrorçunu - Ahlam Albashırı öldürməyə hesablanıb:
“Bütün şəbəkəni öldürüb üzə çıxarmağımıza mane olacaq hazırlıq var idi, lakin təhlükəsizlik qüvvələrimiz ortaya qoyulan əməkdaşlıqla bu məsələnin ört-basdır edilməsinin qarşısını aldı”.
Nazir qeyd edib ki, terrorçuları tutmasaydılar, bu gün qaçaq yolla Yunanıstana keçəcəkdilər.
S.Soylu terror təşkilatının bu mesajına çox sərt cavab verəcəklərini bəyan edib.
Xatırladaq ki, ötən gün İstanbulda terror aktı törədilib. Nəticədə 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
Nərmin VÜQARQIZI












