Zelenski işğaldan azad edilmiş şəhərə getdi: "Xerson Ukraynadır!"

 15:28 14.11.2022     315

Ukrayna Prezidenti Volodimir Zelenski Xersona səfər edib və burada şəhəri azad edən ukraynalı hərbçilərlə görüşüb.

Redaktor.az "reuters"ə istinadla xəbər verir ki, Zelenski rus işğalçılarından azad edildikdən bir neçə gün sonra Xersona gəlib.

O, şəhərin baş meydanında administrasiya binası qarşısında növbəyə duran hərbçilərə “Biz irəliləyirik”, "Biz sülhə, bütün ölkəmiz üçün sülhə hazırıq" deyib.

Zelenski həmçinin NATO və digər müttəfiqlərinə Rusiyaya qarşı müharibədə göstərdikləri dəstəyə görə təşəkkür edib və ABŞ-dan yüksək mobillikli raket artilleriya sistemlərinin (HIMARS) tədarükü Kiyev üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

"Mən həqiqətən xoşbəxtəm, hər şey insanların reaksiyasında görünür, onların reaksiyası səhnələşdirilmir" - prezident jurnalistlərə deyib.

Ukrayna qüvvələrinin daha hansı istiqamətdə irəliləyə biləcəyi ilə bağlı suala o, belə cavab verib: “Moskvaya yox... Bizi başqa ölkənin ərazisi maraqlandırmır”.

Qeyd edək ki, Zelenskinin gəlişinə bir neçə dəqiqə qalmış Xersonun mərkəzində insanlar yaxınlıqda atəş səsləri eşidib. Zelenski çıxışını bitirdikdən sonra şəhərin üzərində daha bir neçə artilleriya partlayışı səslənib.

Daha sonra Zelenski Xersonda hərbçilərlə görüşdən yeni fotolar paylaşıb. Prezident lakonik şəkildə yazıb: “Xerson Ukraynadır”.

Turan ASLAN

2222222222
Vumart və Güvən reklamı Vumart Güvən