Putin Kadırovun arvadına “Qəhrəman ana” adı verdi
Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq “Qəhrəman ana” fəxri adının verilməsi haqqında fərman imzalayıb.
Redaktor.az xəbər verir ki, bazar ertəsi dərc edilən sənədə əsasən, iki nəfərə Medni Kadırovaya və Olqa Dextyarenkoya.“Qəhrəman ana” fəxri adı verilib.
Medni Kadırova Çeçenistan lideri Ramzan Kadırovun həyat yoldaşıdır. Onların 14 övladı var.
Yamalo-Nenets Muxtar Dairəsindən olan Dextyarenkolar ailəsində 10 uşaq böyüyür.
Qeyd edək ki, 2022-ci il avqustun 15-də Putin yeni fəxri “Qəhrəman Ana” adının tətbiqi haqqında sərəncam imzalayıb.
Beləliklə, SSRİ-də mövcud olan daha bir ənənə yenidən bərpa olunub.
Tunar Altunbay












