Putin xarici muzdluların Rusiya ordusunda döyüşməsinə rəsmən icazə verdi

Rusiya Prezidenti Vladimir Putin xarici muzdlulara Rusiya ordusunda xidmət etməyə rəsmən icazə verib.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, müvafiq sənəd artıq Kremlin saytında dərc olunub.
Qeyd olunur ki, Rusiya rəhbərinin fərmanı ilə 1999-cu ildə hərbi xidmət keçmə qaydası haqqında əsasnaməyə dəyişiklik edilir. İndi əcnəbilər Rusiya Federasiyasının vətəndaşları ilə bərabər orduda xidmət edə bilərlər.
Sənədə görə "Əsgərlər, matroslar, çavuşlar, komandirlər, vətəndaşlığı olanlar, o cümlədən xarici dövlətin vətəndaşlığı və ya yaşayış icazəsi və ya vətəndaşın xarici dövlətin ərazisində daimi yaşamaq hüququnu təsdiq edən digər sənəd olanlar" Rusiya ordusunda xidmət edə bilərlər.
Eyni zamanda göstərilir ki, söhbət təkcə müqaviləli xidmətdən deyil, həm də hərbi xidmətdən gedir.
Həmçinin, istintaqda olan, təqsirli bilinən və ya məhkumluğu ödənilməmiş əcnəbilər tərəfindən xidmət müqaviləsi bağlana bilməz. Eyni müddəa ruslara da aiddir.
Bundan əlavə, narkotik vasitələrə görə inzibati cəza müddəti başa çatmamış əcnəbilər tərəfindən müqavilə bağlana bilməz.
T.İSMAYIL