İrana səfər etməyin! - İsveçrə vətəndaşlarına XƏBƏRDARLIQ

 19:32 14.11.2022     341

İsveçrə Xarici İşlər Nazirliyi bu ölkənin vətəndaşlarına İrana səfər etməmələri ilə bağlı xəbərdarlıq edib.

Redaktor.az “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, XİN-in yaydığı bəyanatda İsveçrə vətəndaşlarından xalq etirazlarının davam etməsi, İran təhlükəsizlik qüvvələrinin həqiqi güllələrdən istifadə etməsi, habelə əcnəbilərin özbaşına həbsi və ədalətsiz məhkəmələrin keçirilməsi səbəbindən İrana səfər etməmələri istənilib.

Qeyd edək ki, İsveçrə hökuməti bu yaxınlarda Rusiyaya Ukrayna ilə müharibədə istifadə üçün dronlar göndərdiyinə görə İrana sanksiya tətbiq etmək qərarını açıqlayıb.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən