Türkiyədə ABŞ-Rusiya danışıqlarının detalları açıqlandı - YENİLƏNİB

 21:55 14.11.2022     725

Türkiyənin Ankara şəhərində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns və Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin arasında keçirilən görüşün detalları açıqlanıb.

Redaktor.az CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi açıqlama yayıb.

Görüşdə Rusiyada həbsdə olan ABŞ vətəndaşlarının işi, eləcə də Kremlin nüvə silahından istifadəsinin nəticələrini müzakirə edilib.

ABŞ nümayəndəsi nüvə silahından istifadənin nəticələri və strateji sabitliyin artması riskləri barədə bildirib.

Qeyd edilir ki, danışıqlar zamanı Ukrayna böhranının həlli müzakirə mövzusu olmayıb.

***

Türkiyənin paytaxtı Ankarada Milli Kəşfiyyat Təşkilatının qərargahında Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin görüşü olub.

Redaktor.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Bildirilir ki, görüş zamanı Ukrayna məsələsi ilə bağlı müzakirələr aparılmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən