Məşhur aktyorun Rusiyaya girişinə qadağa qoyuldu

 20:21 14.11.2022     115

Rusiya Kanadanın 100 vətəndaşına qarşı sanksiya tətbiq edib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

2004-cü ildə ikinci Kanada vətəndaşlığını alan amerikalı aktyor Cim Kerri də "qara siyahı"ya salınıb.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, sanksiyalar Kanadanın tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq qəbul edilib.

Siyahıda aktrisa Ketrin Uinnik, yazıçılar Marqaret Atvud və Mariya Reva, yazıçı və kinorejissor Devid Bezmozgis, Kanadanın Kommunikasiyalar üzrə Təhlükəsizlik Direktoru Karolin Ksavyer və keçmiş baş prokuror Piter Makkay da var.

Sanksiya tətbiq edilən şəxslərin Rusiyaya girişinə qadağa qoyulub.