Məşhur milyarder sərvətini bağışlayacaq

Amazon-un qurucusu, məşhur milyarder Ceff Bezos sə 124 milyard dollarlıq sərvətinin böyük hissəsini bağışlayacağını açıqlayıb.
Redaktor.az CNN-ə istinadla bildirir ki, Bezos ianə üçün kriteriyalarını da açıqlayıb və bunu sağ ikən etməyi planlaşdırdığını da vurğulayıb.
O, bəşəriyyəti birləşdirə bilən və dərin sosial və siyasi parçalanmaları sağalda bilən insanları dəstəkləmək istədiyini desə də, hansı qurum və ya təşkilatlara nə qədər ianə verəcəyi barədə ətraflı məlumat verməyib.
Tunar Altunbay