“Ukraynasız heç bir danışıqlar olmayacaq” - Bayden

 21:35 14.11.2022     219

"Biz Ukraynasız heç bir danışıqda iştirak etməyəcəyik".

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden G20 sammitinə gedərkən bildirib.

O qeyd edib ki, ABŞ silah tədarükündə Ukrayna Silahlı Qüvvələrinə yardım göstərməyə davam edəcək.

“Mən açıq şəkildə bildirdim ki, biz Ukrayna xalqına özünü müdafiə etmək imkanı verməyə davam edəcəyik. Onlarsız hansısa danışığa getmək fikrində deyilik. Ukraynasız heç nə edən deylik, bu, Ukraynanın verəcəyi qərardır”, - Bayden deyib.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən