Türkiyədə Polad Həşimov parkı açıldı - FOTO

 09:13 15.11.2022     338

Türkiyənin Kocaeli şəhərində Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adını daşıyan parkın açılışı olub.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Feysbuk səhifəsində paylaşım edib.

“İctimai-Siyasi Proseslərin Beynəlxalq Araşdırmalar Mərkəzini, İzmit Bələdiyyəsi və Heydər Əliyev adına Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə şəhid Milli Qəhrəman general-mayor Polad Həşimovun adını daşıyan parkın açılış olub”, - deyə paylaşımda qeyd olunub.

Həmçinin səfirliyin nəzdində fəaliyyət göstərən hərbi attaşelərin nümayəndəlikləri də parkın açılışında iştirak edib.

2
Vumart və Güvən reklamı Vumart Güvən