Balidə G20 Liderlər Zirvəsi başladı
G20 Liderlər Zirvəsi İndoneziya Prezidenti Coko Vidodonun qarşılanma mərasimi ilə başlayıb.
Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, bu il İndoneziyanın sədrliyi ilə keçiriləcək G20-nin Liderlər Zirvəsi 15-16 noyabr tarixlərində Balinin cənubunda yerləşən Nusa Dua yarımadasında keçiriləcək.
G20-yə daxil olan Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası, Böyük Britaniya və ABŞ iştirak edib. Prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı tədbirdə Avropa İttifaqı (AB) liderləri iştirak edir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin sammitdə iştirak etməsə də, sammitdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Dünyanın ən böyük iqtisadiyyatlarını bir araya gətirən G20 Sammitinin rəsmi gündəliyinə qlobal səhiyyə arxitekturası, davamlı enerji transformasiyası və rəqəmsal transformasiya daxildir.
Həmidə İbrahimova












